Baş Qərargah rəisləri Səmərqəndə toplaşıb
30 Okt 2020 12:05
1707

Baş Qərargah rəisləri Səmərqəndə toplaşıb

Səmərqənddə MDB ölkələri Baş Qərargah rəislərinin görüşü keçirilir.

Yenisabah.az xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurası Katibliyinin nümayəndə heyətləri iştirak edir.

Qeyd olunur ki, nümayəndə heyətlərinin rəhbərləri müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə edəcəklər, həmçinin MDB ölkələri sərhədləri boyunca meydana çıxan hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər