Baş Qərargahdan rusiyalılara sarsıdıcı xəbər:   Bir gündə...

saytların hazırlanması

Evə çatdırılma

Baş Qərargahdan rusiyalılara sarsıdıcı xəbər: Bir gündə...

Dünya

06 Oktyabr 2023 12:47 742


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 620 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 281 090 nəfərə çatıb.  pizza hut

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 20 tank, 30 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!