Bayden Avropaya səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bayden Avropaya səfər edəcək

Dünya

03 İyul 2023 08:26 735


ABŞ Prezidenti Co Bayden iyulun 9-dan 13-dək Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək.

Bu barədə bazar günü Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Əvvəlcə prezident Bayden Böyük Britaniyanın paytaxtı Londona gedəcək. O, Kral III Çarlz və baş nazir Rişi Sunak ilə ölkələrimiz arasında sıx əlaqələrin möhkəmləndirilməsi məqsədilə görüşlər keçirəcək. Daha sonra prezident iyulun 11-dən 12-dək Litvanın paytaxtı Vilnüsə səfər edəcək və NATO-nun 74-cü sammitində iştirak edəcək”, - deyə Jan-Pyer məlumat verib. Toyuqlu pizza

Bayden iyulun 13-də Litvadan Finlandiyanın paytaxtı Helsinkiyə gedəcək və burada NATO ilə Skandinaviya ölkələrinin liderləri arasında keçiriləcək sammitdə iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!