“Bayden İrana qarşı hərbi vasitələrdən istifadə etməyə hazırdır”

saytların hazırlanması

Evə çatdırılma

“Bayden İrana qarşı hərbi vasitələrdən istifadə etməyə hazırdır”

Dünya

01 Dekabr 2022 07:35 627


ABŞ prezidenti Co Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün “son çarə” kimi hərbi vasitələrə əl atmağa hazırdır.

Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli “Foreign Policy” nəşrinə bildirib.

“Prezident son çarə olaraq, İranın nüvə silahı əldə etməsinə mane olmaq məqsədilə hərbi ssenari ilə razılaşacağını söyləyib”, - deyə Malli bəyan edib. pizza mizza

O, bunun üçün lazımi vaxtın hələ yetişmədiyini də vurğulayıb.

Mallinin sözlərinə görə, ABŞ administrasiyası hələ də İran üçün mümkün nüvə silahı məsələsinin həllində diplomatiyaya üstünlük verir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!