Bayden özünü Kissincerə bənzətdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden özünü Kissincerə bənzətdi

Dünya

20 İyun 2023 13:25 550


Co Bayden veteran diplomat Henri Kissincerin xarici siyasət təcrübəsini yüksək qiymətləndirərək bildirib ki, özü də heç kimdən geri qalmır.

Yenisabah.az "Bloomberg"ə istinadla ABŞ prezidenti qeyd edib:

"Düşünürəm ki, mən Amerikanın xarici siyasəti haqqında bu gün yaşayan hər kəs, o cümlədən Kissincer qədər məlumatlıyam". pizza mizza

Bayden zarafatla deyib: “Bütün həyatım boyu, son 207 ili xarici siyasətldə keçirmişəm. Uzunmüddətli siyasi karyeramın üstünlüklərindən biri də demək olar ki, bütün dünya liderləri ilə görüşə bilməyimdir".

Ağ Ev rəhbəri bildirib ki, o, Kiyevə mümkün silahlı münaqişənin başlanması ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, Barak Obama dövründə vitse-prezident olmamışdan əvvəl Bayden, Xarici Əlaqələr Komitəsinin sədri də daxil olmaqla, otuz ildən çox Senatda Delaver ştatını təmsil edib.

Nobel Sülh Mükafatı laureatı Henri Kissincer 1970-ci illərdə prezidentlər Riçard Nikson və Cerald Fordun dövründə ABŞ-ın baş diplomatı və milli təhlükəsizlik müşaviri olub. Kissincer bu yaxınlarda 100 yaşını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!