Bayden və Makron Ukraynaya dair mövqelərini bir daha təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Bayden və Makron Ukraynaya dair mövqelərini bir daha təsdiqlədi

Dünya

02 Dekabr 2022 11:03 588


ABŞ və Fransa Ukraynanın suverenliyi və bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

Yenisabah.az “France Presse”ə istinadla xəbər verir ki, bu barədə ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron Ağ Evdə keçirilən görüşün yekunlarına dair birgə bəyanatda deyilir.

İki lider Ukraynaya ehtiyacı olduğu qədər yardım edəcəklərini təsdiqləyiblər. Söhbət, xüsusən, Ukraynanın enerji sisteminin bərpası üçün zəruri olan hava hücumundan müdafiə sistemləri və avadanlıqlarının təchizatının aktivləşdirilməsindən gedir. pizza mizza

Bəyanatda, həmçinin, vurğulanır ki, Paris və Vaşinqton Kiyevə yardımı öz tərəfdaşları ilə, o cümlədən dekabrın 13-də Fransa paytaxtında keçiriləcək beynəlxalq konfrans zamanı koordinasiya edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!