Co Baydenə qarşı zorakılıqla hədələməkdə günahlandırılan Yuta ştatı sakini güllələnib.
Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, onu ABŞ prezidentinin ştata gözlənilən gəlişinə saatlar qalmış FTB agentləri zərərsizləşdirib.
Atışma səhər tezdən xüsusi agentlər Kreyq Robertsonun evində axtarış aparamağa çalışarkən baş verib. Dominos pizza
Səlahiyyətlilər bildiriblər ki, Robertson öz niyyəti barədə internetdə məlumat yayıb.
Hüquq-mühafizə orqanlarındakı iki mənbəsi anonimlik şərti ilə Robertsonun atışma zamanı silahlı olduğunu bildirib.
Telegram kanalımız