Bayram günləri taksilərin qiyməti artdı? 

saytların hazırlanması

Evə çatdırılma

Bayram günləri taksilərin qiyməti artdı? 

Sosial

21 Mart 2021 09:14 1162


Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilirdi. Bu il Novruz Bayramı günündə isə qiymətlər dəyişməyib. Sürücülər bunu sərnişinlərin azlığı ilə əlaqələndirirlər.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, bayram günü olsa da, bölgələrə sərnişin daşıyan taksilərdə qiymət artımı yoxdur.

Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilirdi. Taksi fəaliyyəti ilə məşğul olanların sözlərinə görə, bu il Novruz Bayramı günündə qiymətlər dəyişməyib. Sürücülər bunu sərnişinlərin azlığı ilə əlaqələndirirlər. pizza mizza

Taksi sürücüləri deyirlər ki, bu il vətəndaşlar bayramdan 4-5 gün əvvəl rayonlara üz tutublar. Buna səbəb də ölkədə sərt karantin rejiminin tətbiq edilməsi ehtimalı olub.

Sərnişinlər də qiymətlərin dəyişmədiyini söyləyiblər.

Taksi sürücüləri bildiriblər ki, yaxın günlərdə də qiymətlərin dəyişəcəyi gözlənmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!