Bayram üçün metronun qrafiki dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bayram üçün metronun qrafiki dəyişdirildi

Sosial

16 Mart 2023 10:18 554


"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.

Yenisabah.az xəbər verir ki, martın 19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.

19-21 martda "Həzi Aslanov"-"28 May" sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək: Toyuqlu pizza

Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə "Nərimanov" elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

"Bakmil" istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!