Bazar günü hava necə olacaq? -   PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü hava necə olacaq? - PROQNOZ

Sosial

22 May 2021 11:57 1075


Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  gecə 16-21 isti, gündüz 29-34 isti, Bakıda gecə 18-20 isti, gündüz 31-33 dərəcə isti olacaq.  pizza mizza

Atmosfer təzyiqi  753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. 

Mayın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı  gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  17-22  isti, gündüz  32-37 isti, dağlarda gecə 11-16 isti, gündüz  20-25 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz 

Mayın 23-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!