Bələdiyyə sədri cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə sədri cərimələndi

Sosial

15 Aprel 2021 14:23 814


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, aprelin 14-də Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Qobu qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib. pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!