Bəzi rayonlarda dolu düşəcək - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlarda dolu düşəcək - XƏBƏRDARLIQ

Sosial

05 İyul 2021 14:05 974


Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Yenisabah.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

"İyulun 7-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. İyulun 7-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. pizza hut

Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı olunur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!