“Bəziləri o qədər “püxtələşib” ki…” – Turan İbrahimov

saytların hazırlanması

Evə çatdırılma

“Bəziləri o qədər “püxtələşib” ki…” – Turan İbrahimov

Sosial

19 Mart 2023 20:36 3975


“Motosikletli Bolt kuryerləri yetəri qədər riskli işlə məşğuldular. O zəhmətleş uşaqlara hər zaman rəğbətlə və bir az da ürək ağrısı ilə baxmışam”. 

“Yeni Sabah” xəbər verir ki, bunu teleaparıcı Turan İbrahimov deyib. 

O, bildirib ki, buna baxmayaraq son günlər daha bir məqamı da müşahidə edir: Dominos pizza

“Yollarda əməlli-başlı qəza şəraiti yaradırlar. Bəziləri o qədər “püxtələşib” ki, hətta sözün əsl mənasında ekstrim şou da göstərməkdən çəkinmirlər. 

Tıxaclar zamanı kiçik məsafəli aralardan riskli manevrlər edirlər. Artıq dəfələrlə parklanmış şəkildə olan maşınları sürtüb, cızıb, əzib qaçdıqlarını da görməyə başlamışam. 

Ziq-zaq edə-edə şütüyürlər, dəyirlər, əzirlər, heç geriyə də baxmadan sürüb gedirlər. Belə olmaz!”.

Daxili İşlər Nazirliyinə müraciət edən teleaparıcı xahiş edib ki, Bolt kuryerlərinə nəzarəti gücləndirilsin: “Yetəri qədər narahatedici və ziyanverici olmağa başlayıblar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!