Bina evlərində yaşayan sakinlərə XƏBƏRDARLIQ - Övladlarınız təhlükədədir! 

saytların hazırlanması

Evə çatdırılma

Bina evlərində yaşayan sakinlərə XƏBƏRDARLIQ - Övladlarınız təhlükədədir! 

Sosial

04 İyul 2024 11:09 878


Son zamanlar azyaşlıların hündürmərtəbəli binalardan yıxılaraq, həyatını itirməsi hallarına tez-tez rast gəlinir. Bu kimi halların səbəbini  valideyn məsuliyyətsizliyi ilə əlaqələndirənlər daha çoxdur.

Bəs indiki ata-anaların övladlarına laqeyd yanaşmasıyla bağlı iddialar nə dərəcədə doğrudur? Həqiqətənmi, uşaqlar valideyn biganəliyinin qurbanına çevrilir?  

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Sabah”a mövzu barədə danışıb. O, belə hadisələri faciə adlandırıb: pizza mizza

“Bəzi hallarda diqqətsizlik, arxaynlıq bu kimi hadisələrə səbəb olur. Düşünmürəm ki, hansısa valideyn qəsdən övladının hündürmərtəbəli binadan yıxılıb-ölməsinə şərait yaradır. Həyatımız o qədər gərgindir ki, valideynləri hər şeyə görə qınamaq olmur. Bunun əleyhinəyəm. Övladını itirmək ən böyük faciədir”. 

M.Zeynalova valideynləri diqqətli olmağa çağırıb: 

“Ümumiyyətlə, valideynlər uşaqların psixoloqiyasını öyrənməlidir. Təəssüf ki, bu məsələdə valideynlər uşaqlarının psixoloqyasını diqqətlə izləmirlər. Ola bilər hansısa uşaq hiperaktivdir. Belə uşaqları tək qoymaq qətiyyən olmaz. Bəzi uşaqlarda  autizmə meyillik ola bilər ki, onlarda hissiyyat az inkişaf edir. Ona görə mütamadi həkim müayinəsindən keçirməlidirlər. Ölkədə uşaq psixoloqları pulsuz olmalıdır. Təəssüf ki, hazırkı durumda uşaq psixoloqları valideynlər üçün bəzən əlçatan olmur. Yaxşı olar ki, uşaq poliklinikalarında pulsuz uşaq psixoloqları ilə bağlı məsələyə daha ciddi yanaşsınlar. Yaxud kataloq olsun ki, istiqamətləndirsinlər”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!