“Binə”də yanğın oldu

“Binə”də yanğın oldu
Avq 13, 2019 09:19
Oxunma sayı: 246

“Binə” ticarət mərkəzində yanğın olub.

“Yeni Sabah” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Yenisabah.az