“Birbank” niyə çöküb? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Birbank” niyə çöküb? - Rəsmi açıqlama

Sosial

01 May 2024 13:21 2412


Ötən gün “Kapital Bank”a aid “Birbank” tətbiqinin fəaliyyətində nasazlıq yaranması müştərilər arasında narazılığa səbəb olub. 

“Birbank” tətbiqində tez-tez təkrarlanan bu kimi hallar sosial mediada  bankın müştərilərinin etirazı ilə qarşılanıb. 

Yenisabah.az xəbər verir ki, bank yaranan problemlə bağlı açıqlama yayıb. Onlar yaranan problemin texniki olduğunu bildiriblər: pizza hut

"Dəyərli Birbanklılar, tətbiqimizin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bu gün sonunadək nağd kredit və taksit kartları üzrə ödənişlərinizi aşağıdakı alternativ ödəniş mənbələrində edə bilərsiniz:

 m10 tətbiqi;

 İstənilən ödəniş terminalı;

 Onlayn ödəniş saytları". Hazırda texniki komandamız çətinliyi aradan qaldırmaq üçün çalışır. Anlayışınız üçün təşəkkürümüzü bildiririk”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!