Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində qeyd olunur.
“BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığına və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrail vətəndaşlarının məskunlaşdığı digər ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, - deyə S.Dujarrik bildirib. Marqarita pizza
Bundan əlavə, o qeyd edib ki, Antonio Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb./Oxu.az
Telegram kanalımız