BMT-nin Baş katibi:   “Fəlakət yaxınlaşır“

saytların hazırlanması

Evə çatdırılma

BMT-nin Baş katibi: “Fəlakət yaxınlaşır“

Sosial

07 May 2021 09:57 1278


“Keçən il Yerin temperaturu üç milyon ildə 3 üç dərəcə yüksələrək rekord həddə çatıb, bu, bəşəriyyəti iqlim fəlakətinə yaxınlaşmasının göstəricisidir”.

Yenisabah.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş onlayn keçirilən "Petersberq İqlim Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci il misilsiz ekstremal hava və iqlim fəlakəti dövrü olub: “Atmosferdəki karbon dioksidin konsentrasiyası ən yüksək səviyyəyə qalxaraq sənaye səviyyəsini 148% üstələyib”. pizza mizza

Planetin uçurumun astanasında olduğunu diqqətə çatdıran Quterreş əlavə edib ki, əsrin sonuna qədər temperaturun 2.4 dərəcə yüksəlməsinə doğru gedirik: “Lakin birlikdə işləsək, iqlim sabitliyinin pozulmasının ən pis təsirlərinin qarşısını ala bilərik. Daha təmiz, daha yaşıl inkişaf yolunu tutmaqla pandemiyadan da qurtula bilərik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!