Boliviya və Paraqvay arasında 88 illik sərhəd demarkasiyası başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Boliviya və Paraqvay arasında 88 illik sərhəd demarkasiyası başa çatdı

Dünya

16 Sentyabr 2026 23:52 80


Boliviya və Paraqvay dövlətləri arasında sərhədlərin demarkasiyası prosesi yekunlaşıb. Bu prosedur 1932-1935-ci illərdə baş vermiş Çako müharibəsinin ardınca, 1938-ci ildən bəri davam edirdi.

"Yeni Sabah" xəbər verir ki, bu barədə EFE agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Boliviyanın La-Pas şəhərində qəbul edilən qərar 88 illik tarixi prosesin zirvəsidir. Bu qərar sayəsində Paraqvay-Boliviya sərhədinin tam uzunluğu təsdiqlənərək qeydiyyata alınacaq. Bu isə iki ölkə arasındakı münasibətlərdə mühüm tarixi addım olacaq. pizza hut

İki ölkəni ayıran sərhədin ümumi uzunluğu 742 kilometr təşkil edir ki, bunun da 38 kilometri çayların payına düşür. 1938-ci ilin iyul ayında tərəflər arasında imzalanmış Sülh, Dostluq və Sərhədlər haqqında Müqaviləyə əsasən, Sərhədlərin Demarkasiyası üzrə Birgə Komissiya təsis edilib və elə həmin ilin dekabrında fəaliyyətə başlayıb.

Tarixçilərin hesablamalarına görə, XX əsrdə Cənubi Amerikada baş vermiş ən böyük silahlı münaqişə sayılan Çako müharibəsində 50 min boliviyalı və 40 min paraqvaylı həyatını itirib.Oxu.Az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!