Avropa İttifaqı Rusiyanın “məhv edilməsini” istəmir.
Yenisabah.az “Periodico”ya istinadla xəbər verir ki, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
O deyib: “Biz Ukraynanın Rusiyada siyasi dəyişiklik etməsini dəstəkləmirik və açığını desəm, Rusiyanın məhv olmasını istəmirik”. Dominos pizza
Borrellin sözlərinə görə, Aİ-nin Ukraynadakı vəziyyətə yanaşması “çox tədrici” olub. O qeyd edib ki, Avropa İttifaqının Ukraynanı dəstəkləmək üçün kifayət qədər sursat var.
Bundan əvvəl Borrell bildirib ki, Aİ və NATO Kiyevə sursat tədarükünü sürətləndirməli, sonra isə yeni beynəlxalq təhlükəsizlik sisteminin qurulması barədə düşünməlidir.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin ölkənin START-da iştirakını dayandırmaq qərarı Rusiyanın hərəkətlərinin İkinci Dünya Müharibəsindən sonra yaradılmış təhlükəsizlik sistemini məhv etdiyinə sübutdur.
Ali komissar bildirib ki, Ukraynaya silah tədarükünün sürətləndirilməsi ilə bağlı martın 7-8-də keçiriləcək iclasda icmanın 27 ölkəsinin müdafiə nazirlərinə təkliflər təqdim edəcək.
Telegram kanalımız