Boşanmaq istəyənlər əvvəlcə bu mərhələdən keçməli olacaq

saytların hazırlanması

Evə çatdırılma

Boşanmaq istəyənlər əvvəlcə bu mərhələdən keçməli olacaq

Sosial

23 İyun 2021 09:43 796


Nikah müqaviləsi və onun məzmunu dəyişir. “Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər.

Ailə Məcəlləsinə ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı yeni 7-1-ci maddə daxil edilir. Layihəyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. pizza mizza

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!