“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu finala yüksəldi

İdman

31 Mart 2024 16:49 748


Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə”də finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici raunda vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın altı cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev finalda uduzaraq (73 kq) gümüş medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!