Brilliant Faiqin adı gəldikdə özündən çıxdı: “Sən bağışlayarsan?“

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Faiqin adı gəldikdə özündən çıxdı: “Sən bağışlayarsan?“

Şou

23 Oktyabr 2022 13:46 1280


“Bilirsən ki, səhnədə bir nəfər var, o olan yerə mən getmirəm. Oradan mənə 15-25 min də pul versələr də, getmirəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova deyib.

Ülvira Qarayevanın "Astar TV" "YouTube" kanalında aparıcı Xalq artisti Faiq Ağayev söz saldıqda ifaçı əsəbiləşib, onun adını çəkməməsini tələb edib: pizza mizza

“Söhbət puldan, qazancdan gedirsə, insan öz mənəviyyatını satmamalıdır. Mən onu demək istəyirəm. Elə vaxtım olub ki, bilirəm ki, oradan qazancım var, amma mənəviyyatımın, xasiyyətimin üzərindən keçə bilmərəm”.

B. Dadaşova əlavə edib: “Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!