Britaniya səfiri Rusiya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Britaniya səfiri Rusiya XİN-ə çağırıldı

Dünya

03 Noyabr 2022 13:09 933


Böyük Britaniyanın səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi Ukraynanın Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasının Sevastopol şəhərinə hücumda Britaniya Hərbi Dəniz Qüvvələrinin iştirakı göstərilib.

Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin binasının girişində diplomatı bir qrup tələbə “Britaniya terrorçu ölkədir” şüarları ilə qarşılayıb. Pepperoni pizza

Xatırladaq ki, oktyabrın 19-da Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı gəmilərinə hücum həyata keçirilmişdi. Buna cavab olaraq Rusiya “taxıl sazişi”ndən birtərəfli qaydada çıxmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!