Britaniyada dövlət qulluqçuları tətil edir

saytların hazırlanması

Evə çatdırılma

Britaniyada dövlət qulluqçuları tətil edir

Dünya

28 Aprel 2023 16:38 677


Böyük Britaniyada 132 dövlət departamentinin 130 mindən çox dövlət qulluqçusu ölkədə yüksək inflyasiya fonunda maaşların artırılmasını tələb edərək bu gündən tətil elan edib.

Yenisabah.az “Sky News”a istinadla xəbər verir ki, Britaniyanın İctimai və Kommersiya Xidmətləri (PCS) birliyinin təşkilatçısı olduğu etirazlar paytaxt Londonda, İngiltərənin cənubundakı Dover və Folkeston, Liverpul, Preston və Nottingem, habelə Qlazqo, Edinburq və Suonsi liman şəhərlərində keçirilir.

Etirazçıların fikrincə, Britaniya hökuməti dövlət qulluqçularını ələ salır. Bundan əvvəl Böyük Britaniyanın hakimiyyət orqanları dövlət qulluqçularının maaşlarını orta hesabla 4,5% artırmağa hazır olduqlarını bəyan etmişdilər. pizza sifarişi

Xatırladaq ki, yaşayış minimumunun kəskin artması (2022-ci ilin sonunda inflyasiya 10,5%) və real gəlirlərin azalması nəticəsində yaranan tətil dalğası keçən ilin sonundan Böyük Britaniyada yayılıb.

Tətillərdə dövlət qulluqçuları ilə yanaşı, dəmiryolçular, tibb işçiləri, avtobus sürücüləri, sərhədçilər, poçtalyonlar, müəllimlər, universitet professorları və digər peşələrin nümayəndələri də iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!