Britaniyalı diplomat İran XİN-ə çağırıldı  

saytların hazırlanması

Evə çatdırılma

Britaniyalı diplomat İran XİN-ə çağırıldı  

Dünya

07 İyul 2023 12:04 1027


Böyük Britaniyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili yeni sanksiyalara görə İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu, rəsmi Londonun İrana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra baş verib. 

Məlumata görə, İran Xarici İşlər Nazirliyi Britaniya hakimiyyətinin bəyanat və mövqelərini, eləcə də İrana qarşı tətbiq edilən son sanksiyaları "qeyri-qanuni müdaxilə" kimi qiymətləndirib.  Dominos pizza

Qeyd edək ki, dünən Britaniyanın İrana qarşı tətbiq olunan yeni sanksiyalarında 13 fiziki və hüquqi şəxsin adı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!