Bu ərazidə qaz KƏSİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə qaz KƏSİLDİ

Sosial

22 Aprel 2024 09:50 517


Bu gün Masallı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilib ki, “Tüklə QPS” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin “Təmiz Qaz” QSC tərəfindən əvəzlənməsi ilə bağlı aprelin 22-də saat 09:00-dan etibarən işlər başa çatanadək Masallı rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.  Sezar pizza

Qaz təchizatı dayandırılan müddətdə Masallı rayonunun Boradigah qəsəbəsinin, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Tüklə və Bədəlan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!