Fevralın 16-sı saat 08:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a bildirilib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.
Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 santimetr, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 santimetrdir. pizza mizza
Göygöl, Naftalan, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.
Telegram kanalımız