Bu gün 42 dərəcə isti olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 42 dərəcə isti olacaq 

Sosial

15 Avqust 2023 08:40 719


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq.  Sezar pizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23° isti, gündüz 28-33° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!