Bu gün 60 jurnalist peyvənd vurulub

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 60 jurnalist peyvənd vurulub

Sosial

09 Aprel 2021 17:39 893


Bu gün 60-a yaxın jurnalist vaksinasiya olunub.

Yenisabah.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, növbəti həftənin 1-ci günündən jurnalistlərin vaksinasiya prosesi davam etdiriləcək: “Məqsədimiz odur ki, yaşı 18-dən yuxarı olan bütün jurnalistlər vaksinasiya olunsun, təbii ki, könüllü əsaslarla. Bilrsiniz ki, jurnalistika da riskli bir sahədir, çünki jurnalistlər insanlarla tez-tez görüşür, tədbirlərdə iştirak edir, həmişə cəmiyyətdə öndə gedirlər. pizza

Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 500-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!