Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?
15 Sen 2020 19:17
3210

Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə bu gün hər hansı bir şagirddə temperaturun yüksək olması ilə bağlı məlumat daxil olmayıb.

Yenisabah.az xəbər verir ki, məktəbə daxil olan hər bir şagirdin temperaturu ölçülüb:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunub.

Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla  təmin edilib. Eyni zamanda, məktəblərin həyətyanı ərazilərində sosial məsafənin saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib

Sinif otaqlarında şagirdlər arasında məsafə saxlanılıb, qaydalara uyğun olaraq, bir parta arxasında yalnız bir şagirdin oturması təmin edilib. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir”.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər