Bu gün nəşi tapılan şəhidimiz sabah Şəmkirdə dəfn olunacaq - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu gün nəşi tapılan şəhidimiz sabah Şəmkirdə dəfn olunacaq - Fotolar

Sosial

26 İyun 2021 23:31 1223


Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli sabah Şəmkir rayonunda dəfn ediləcək.

Yenisabah.az xəbər verir ki, şəhidlə vida mərasimi onun ailəsinin yaşadığı Şəmkir rayonunun Təzəkənd kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq. Toyuqlu pizza

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elşən Fazil oğlu Yunisli Şəmkir rayon Təzəkənd kəndində anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub.

Ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi. Elşən Yunisli subay idi.

Allah rəhmət etsin!

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!