Bu gündən metro açılır

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən metro açılır

Sosial

31 May 2021 00:07 1316


Bu gündən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.

Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıq olacaq. pizza hut

Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!