Vladimir Putin Krım körpüsündə baş verən partlayışı terror aktı adlandırıb.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Rusiya prezidenti xüsusi iclasda deyib:
"Bu gecə körpüdə daha bir terror aktı törədilib. Dinc sakinlər həlak olub. Uşaq yaralanıb və valideynsiz qalıb. Ailə Belqorod vilayətindən Krıma gedirdi". Sezar pizza
V. Putin bunun ikinci terror aktı olduğunu xatırladıb və körpüdə təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi ilə bağlı görüş iştirakçılarından təkliflər gözlədiyini bildirib.
Prezident məsul şəxslərə körpüyə dəymiş ziyanın qiymətləndirilməsi və təcili təmirə başlamağı tapşırıb.
Xatırladaq ki, iyulun 17-nə keçən gecə 2 PUA körpüyə hücum edərək onun yol hissəsini zədələyib. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Telegram kanalımız