Bu il ölkədə sürücülərə yazılan cərimələrin həcmi açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Bu il ölkədə sürücülərə yazılan cərimələrin həcmi açıqlanıb

İqtisadiyyat

18 Noyabr 2020 14:02 498


2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2846,5 min olub.

Bu barədə Yenisabah.az-a Dövlət Statikstika Komitəsindən məlumat verilib.

Bildirilib ki, xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Marqarita pizza

 Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!