“Bu, mənim üçün gözlənilməzdi, böyük məsuliyyətdi” - Tanınmış aparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Bu, mənim üçün gözlənilməzdi, böyük məsuliyyətdi” - Tanınmış aparıcı

Sosial

29 Aprel 2021 20:49 954


“Mənə böyük etimad göstərilib və çalışacam ki, bunun məsuliyyətini dərk edib bütün potensialımla təcrübəmdən, savaddan istifadə edib onu doğruldum”

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar jurnalist Mübariz Əsgərov deyib. M.Əsgərov buna görə ölkə başçısına minnətdarlıq edib:

“Təbrikiniz üçün çox sağ olun. Mən indi cəbhə zonasındayam və sənədli film hazırlayıram. Siz dediyiniz xəbəri indi eşitdim və mənim üçün də gözlənilməz oldu. Açığını deyim ki, bu mənim üçün gözlənilməzdi, böyük məsuliyyətdi və həm də böyük etimatdı. Telejurnalist cəmiyyətin ön cəbhəsində olmalıdır. Sadəcə elə-belə yox, xüsusi təyinatlı işçi kimi. Mənə böyük etimad göstərilib və çalışacam ki, bunun məsuliyyətini dərk edib bütün potensialımla təcrübəmdən, savaddan istifadə edib onu doğruldum. Mənə göstərdiyi bu diqqətə görə cənab prezidentə öz təşəkkürümü bildirirəm”.  pizza

Qeyd edək ki, Prezident İlham Əliyev Mübariz Ağali oğlu Əsgərovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilir./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!