Daxili işlər orqanlarında yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı İlkin Hümbətov Balakən Rayon Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib. pizza hut
Qeyd edək ki, o, bu təyinatadək Balakən DYP-də komandir vəzifəsində çalışıb.
Telegram kanalımız