Bu şəxslərə 300 manat kirayə pulu veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə 300 manat kirayə pulu veriləcək

Sosial

09 Yanvar 2022 11:14 2010


Sumqayıt şəhəri 4 saylı xəstəxandakı yanğından zərər çəkən vətəndaşlara maddi yardım olunacaq.

“Yeni Sabah” İTV-yə istinadən xəbər verir ki, Səhiyyə müəssisəsinin yanğın baş verən birinci mərtəbəsində məskunlaşan məcburi köçkünlər təmir başa çatanadək 300 manat kirayə pulu alacaqlar.

Bunu Qubadlı rayon icra hakimiyyətindən bildiriblər. Qurum eyni zamanda yanğından zərər çəkən ailələrə yataq dəstləri və mebel yardımı ediləcəyi vədini verib. Hazırda sakinlər çox az sayda qalan istifadəyə yararlı əşyalarını yanan mənzillərindən çıxarmaqla məşğuldurlar. pizza

Bildirdiklərinə görə qadınlar, uşaqlar və yaşlılar gecəni qohum-əqrabalarının evlərində keçiriblər. Kişilər isə ərazidə əşyalara nəzarət üçün qalıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!