Bu tarixədək həftəsonları metro işləməyəcək
28 Sen 2020 17:22
313

Bu tarixədək həftəsonları metro işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu ərazisində Oktyabrın 3-ü saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında yer alıb.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejiminin müddətinin noyabrın 2-dək uzadılması barədə qərar qəbul edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər