Bu tələbələrə təqaüd və maddi yardım veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu tələbələrə təqaüd və maddi yardım veriləcək

Sosial

14 Dekabr 2023 14:35 1716


Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

“Yeni Sabah” xəbər verir ki,  2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilir.

2024–2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir: pizza hut

ali təhsil müəssisəsi üzrə:

150 manat məbləğində təqaüd;

200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

200 manat məbləğində hesabda yığılan ödəniş;

 Hərbi kolleclər üzrə:

100 manat məbləğində təqaüd;

200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

150 manat məbləğində hesabda yığılan ödəniş;

 Hərbi liseylər üzrə:

50 manat məbləğində təqaüd;

100 manat məbləğində ailə üzvlərinə maddi yardım;

100 manat məbləğində hesabda yığılan ödəniş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!