Bu xidmət mayın 1-dən tarixə qovuşur

saytların hazırlanması

Evə çatdırılma

Bu xidmət mayın 1-dən tarixə qovuşur

Sosial

30 Aprel 2026 10:39 287


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəqəmsal xidmətlər təqdim edən “e-Sosial” mobil tətbiqinin fəaliyyətini mayın 1-dən dayandıracaq.

“Yeni Sabah” xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçirilməsi çərçivəsində Nazirliyin “e-Sosial” tətbiqi üzərindən təqdim etdiyi xidmətlər “mygov” platformasına inteqrasiya olunub.

 Xidmətlərin təkrarlanmasının qarşısını almaq və istifadəçilərə daha rahat, mərkəzləşdirilmiş xidmət təqdim etmək məqsədilə artıq bütün xidmətlər vahid platforma – “mygov” üzərindən göstəriləcək. Bu səbəbdən “e-Sosial” mobil tətbiqinin fəaliyyəti dayandırılır./Pravda.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!