Sabunçu rayonu Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yeni və müasir görkəmdə yenidən qurulub.
AAYDA-dan "Yeni Sabah"a verilən məlumata görə, sözügedən yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.
Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülüb, bunun üçün yol kənarında olan səki daşları sökülüb, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılıb. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınıb. Dördpendirli pizza
Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılılıb. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsi hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada 5200 kv.m sahədə bərpa olunub, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilib. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılıb.
Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.
Telegram kanalımız