Bu yolda hərəkət məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Avto

10 May 2019 15:59 1170


Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Yeni Sabah" xəbər verir ki, hərəkətin məhdudlaşdırılması may ayının 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq ediləcək. Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin olunacaq.

Avtomagistralın sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!