Bu yolda hərəkət məhdudlaşdırılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu yolda hərəkət məhdudlaşdırılacaq 

Sosial

11 İyun 2024 11:49 258


Bu gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (paytaxtın Qaradağ rayonundakı DYP postu yaxınlığında) nəqliyyat vasitələrinin hərəkəti 15-20 dəqiqə müddətində məhdudlaşdırılacaq. 

Yenisabah.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, buna səbəb elektron tərəzi işləri ilə əlaqədar yolun üzərində metal konstruksiyanın quraşdırılması və təhlükəsizliyin təmin edilməsidir.  pizza

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!