Bürclər üçün kritik gün -   24 sentyabrın ulduz falı

saytların hazırlanması

Evə çatdırılma

Bürclər üçün kritik gün - 24 sentyabrın ulduz falı

Maraqlı

24 Sentyabr 2026 07:13 260


Bu gün bəzi bürclər üçün mühüm qərarların, bəziləri üçün isə gözlənilməz xəbərlərin gündəmə gələcəyi bildirilir. Şərq astroloqları xüsusilə pul və iş məsələlərində diqqətli olmağı, münasibətlərdə isə hissləri gizlətməməyi tövsiyə edir.

“Yeni Sabah” xəbər verir ki, astroloji nəşrlərin 24 sentyabr üçün hazırladığı proqnozlarda bütün bürclər üçün fərqli məqamlar önə çıxarılıb. “Hindustan Times”, “India Today”, “YourTango” kimi mənbələrin yazdıqlarına görə, günün əsas mövzuları qərar, maliyyə, münasibətlər və şəxsi planlarla bağlıdır.

Qoç – Bu gün qarşınızda seçim dayana bilər. Xarici astroloqlar diqqəti bir əsas məqsədə yönəltməyi və qərar verərkən tələsməməyi məsləhət görür. İşdə irəliləyiş üçün göstərdiyiniz səylərin nəticəsini görə bilərsiniz. pizza mizza

Buğa – Maliyyə baxımından ümidverici gün ola bilər. İşdən yaxşı nəticə əldə etmək və əlavə qazanc imkanı ilə bağlı xəbərlər gündəmə gələ bilər. Bununla yanaşı, narahatlıq yaradan məsələlərdə əvvəlcə faktları yoxlamaq tövsiyə olunur.

Əkizlər – Artıq gələcəyinizə xidmət etməyən bir işdən, vərdişdən və ya münasibətdən uzaqlaşmaq barədə düşünə bilərsiniz. Astroloqlar köhnə məsələlərə ilişib qalmaq əvəzinə qarşıdakı imkanlara diqqət yetirməyi məsləhət görür.

Xərçəng – Bu gün insanları sözlərindən çox hərəkətləri ilə qiymətləndirmək lazım gələcək. İş və şəxsi münasibətlərdə sərhədlərinizi qorumaq, tələsik etibar etməmək tövsiyə olunur.

Şir – Gözlənilməz xəbər və ya söhbət günün gedişini dəyişə bilər. Xarici proqnozlarda bu bürcün nümayəndələrinə cavab verməzdən əvvəl bir qədər düşünmək məsləhət görülür. Maliyyə və münasibətlərdə açıq danışmaq da vacib sayılır.

Qız – Enerjiniz yüksək olacaq və yeni işə başlamaq istəyəcəksiniz. Lakin astroloqlar həvəsə qapılıb dərhal böyük öhdəlik götürməməyi tövsiyə edir. Əvvəlcə yarımçıq işləri tamamlayanlar günün sonunda rahatlıq tapa bilərlər.

Tərəzi – Bir qədər geri çəkilib fikirlərinizi toplamaq üçün əlverişli gündür. Xarici mənbələrdə bu bürc üçün sakitliyin və dincəlməyin uzunmüddətli planlara müsbət təsir edə biləcəyi qeyd olunur.

Əqrəb – Mühüm qərar və ya məsuliyyət qarşısında qala bilərsiniz. Bu zaman şəxsi maraqlardan çox faktlara əsaslanmaq və ədalətli davranmaq tövsiyə edilir. Münasibətlərdə yığılıb qalan xırda problemləri açıq şəkildə müzakirə etmək lazım gələcək.

Oxatan – Qarşınızda iki fərqli seçim yarana bilər. Astroloqlar ani nəticəyə deyil, qərarın uzunmüddətli təsirlərinə diqqət yetirməyi məsləhət görür.

Oğlaq – Qarşılaşdığınız çətinliyi həll etmək üçün kifayət qədər imkanınızın olduğu bildirilir. Bu gün başqasının addım atmasını gözləməkdənsə, təşəbbüsü öz əlinizə almaq faydalı ola bilər.

Dolça – Ünsiyyət və yeni fikirlər baxımından hərəkətli gün gözlənilir. Fikirlərinizi açıq bölüşmək üçün uyğun şərait yarana bilər. Lakin qarşı tərəfin düşüncələrinə də qulaq asmaq vacibdir.

Balıqlar – Uzun müddətdir təxirə saldığınız plan yenidən gündəmə gələ bilər. Xarici astroloqlar bu bürcə böyük addım əvəzinə kiçik, real bir hərəkətlə başlamağı məsləhət görür. Münasibətlərdə isə hisslərinizi daha rahat ifadə edə bilərsiniz.

Astroloji mənbələr 24 sentyabrda Ayın Balıqlarda olmasını emosional həssaslıq, intuisiya və bir qədər sakitliyə ehtiyacla əlaqələndirir. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!