Bütün günahlar Paşinyanındır - Erməni siyasətçi

saytların hazırlanması

Evə çatdırılma

Bütün günahlar Paşinyanındır - Erməni siyasətçi

Siyasət

15 Oktyabr 2020 13:23 1725


Ermənistanın üzləşdiyi acınacaqlı durum baş nazir Paşinyana görədir.

“Yeni Sabah” xəbər verir ki, belə bir fikirlə Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov çıxış edib.

Onun fikrincə, Nikol Paşinyanın siyasi uzaqgörənliyinin olmaması Ermənistanı hazırkı vəziyyətə gətirib çıxarıb.

Qeyd edək ki, işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda verdiyi itkilər, əsgər çatışmazlığı, ahıl şəxslərin belə orduya cəlb olunması Paşinyan hakimiyyətinin iflasa uğraması və ölkədə xaotik bir vəziyyətin hökm sürməsindən xəbər verir. Ermənistanın Rusiyadan belə istədiyi dəstəyi ala bilməməsi hazırkı hakimiyyətin uğursuz siyasət yürütməsini ortaya qoyur. / BAKU.WS

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!