Bu mərkəzə direktor müavini təyin edildi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu mərkəzə direktor müavini təyin edildi - FOTO

Sağlamlıq

05 May 2026 10:25 371


Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib.

Bu barədə "Yeni Sabah" Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Şərifova Nərgiz Talıb qızı Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib. Marqarita pizza

N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.

2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!