Sosial şəbəkələrdə bəd-nəzərdən mühafizə məqsədilə valideynlərin övladlarına iki ad verilməsi tövsiyə olunur. Bəziləri hətta yaşa dolduğu halda özlərinə ikinci ad götürməklə cadu-pitidən qorunmağa çalışır.
İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Sabah”a açıqlamasında bildirib:
“Qurani-Kərimin “Ali-İmran” surəsində “mohkamət” deyilən bir ayə və “mütəhaşimat” deyilən bir termin var. Bu hər yönü ilə açıq və aydın ayələrdir. Bunlara inandığımız kimi, əməl etməmiz vacib və ya fərzdir. pizza mizza
İnsan doğulanda ona ilk həftəsi içərisində bir neçə ayin gerçəkləşdirilər. Birinci olaraq gözəl bir ad qoyular. Əgər oğlandırsa, çox münasib bir ad qoyular. İkincisi, saçının miqdarında sədəqə paylanar. Sədəqə 70 bəla və müsibətə qarşı qalxandır. Üçüncüsü, uşaq oğlandırsa iki, qızdırsa bir qurban kəsilərək ətrafdakı qohum-əqrabaya paylanar.
Dinimizə görə, övlada verdiyimiz ad həftə içində bəyan edilir. İnsanlara bu adların söylənməsinin heç bir gizli tərəfi yoxdur. Peyğəmbər əleyhissəlamın dövründə bu gözəl qaydaya, əxlaqi nümunəyə insanlar əməl edirdilər. İstənilən bir şəxsi araşdırdığımız zaman görə bilərik ki, keçmişdə insana nə ad verilmişdirsə, sonra da həmin adla çağırılıb”.
Ağa Hacıbəyli adların dəyişdirilməsi məsələsinin sehr və cadu ilə heç bir əlaqəsi olduğunu təkzib edib:
“Keçmişdə insanlara yanlış adlar qoyarmışlar. Büt adları, bütə ibadət edən adlar və anlamı pis olan kəlmələr seçərmişlər. Bu adları əsasən kölələrə, ikinci-üçüncü sinif insanlara qoyarmışlar. İslam bu adların hamısını ləğv edir. İnsanların hamısı Allahın quludur”.
İlahiyyatçı bildirib ki, belə məsələlərə inanıb onun arxasınca getmək səhvdir:
“Bu cür fikirlərin arxasında duran zehniyyət kirlidir. Vətəndaşları yanlış düşüncələrlə məşğul edirlər, zamanımızı alırlar. Övladları bizə Allah verib, onların tərbiyəsi və təlimi ilə məşğul olub yol göstərməliyik. Övladlarımız gələcəyimizin güzgüləridir. Onlar dövlətimizin, xalqımızın, mədəniyyətimizin irs, namus, şərəf daşıyıcılarıdır. Övlada batil düşüncələrlə yanaşmağımız bəlkə də onların dünyalarına çox böyük zərər vurur, psixologiyalarını pozur. Buna görə də insanların ağlını belə fikirlərlə doldurmaq çox yanlışdır”.
Nigar İlqarqızı
Telegram kanalımız