Türkiyəli aktyor Çağatay Ulusoy keçmiş sevgilisi Serenay Sarıkaya ilə bağlı danışıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər Serenayla barışması haqda yayılan xəbərlərə aktyor sərt cavab verib.
Sosial şəbəkə hesabında bu haqda yazan Ulusoy yazılanların şayiə olduğunu deyib: Sezar pizza
"Demək olar ki, 5 ildir gözəl davam edən münasibətim var. Hər il bu xəbərləri yenidən verirsiniz. Bir də özünüzdən əmin kimi davranıb, insanları da inandırırsınız. Çox məyusedicidir. Niyyətiniz nədir? Başa düşmürəm. Əl çəkin bizdən".
Qeyd edək ki, aktyor həmkarı Duyğu Sarışınla 5 ildir ki, sevgilidir.
Telegram kanalımız