“Çağırışlar edilir ki, məktəblər bağlansın“   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Çağırışlar edilir ki, məktəblər bağlansın“ - Etiraz

Sosial

13 Oktyabr 2021 15:39 839


Tanınmış təhsil eksperti Kamran Əsədov 9-cu sinif şagirdinin koronavirusdan ölməsi ilə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, o, yoluxmanın məktəbdə baş vermədiyini bildirib:

“Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlunun koronavirusa yoluxaraq vəfat etməsi məni çox kədərləndirdi. Yaxınlarına başsağlığı verirəm, Allah səbr versin. Əlbəttə ki, bir çoxu buna görə məktəbi, təhsili günahlandırır. Deyirlər ki, məktəblər açılmasa idi, bu hal olmazdı. Hər kəs arqumentində haqlıdır. Amma yoluxma məktəbdə yox, məktəbə qədər baş verir”. Pepperoni pizza

Əsədov belə vəziyyətdə məktəblərin bağlanmasının əleyhinə olduğunu bildirib:

“Ölkədə bütün xidmət sektoru, ictimai iaşə obyektləri, kafe və restoranlar işləyir, amma biz günahkar olaraq məkətəbi görürük.

Hər gün koronavirusdan vəfat edənlər olur və onlar təhsil ilə bağlı deyillər. Əlbəttə ki, onların da vəfatından kədərlənirik. Harda olmasından asılı olmayaraq, pandemiya dövrünün qaydalarına riayət etməliyik.

Hər kəs vaksinasiyada iştirak etməlidir. Çağırışlar edilir ki, məktəblər bağlansın. Əgər bu ediləcəksə, yenədə nəyəsə nail olmaq mümkün deyil. Biz virusdan yalnız vaksinasiya olunaraq xilas ola bilərik və ya ölkədə tam şəkildə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməli, bütün sahələri bağlamaq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!